525.Az

BŞİH-ə yeni mətbuat xidməti təyin olunub, İsrafil Kərimova başqa vəzifə verilib


 

BŞİH-ə yeni mətbuat xidməti təyin olunub, İsrafil Kərimova başqa vəzifə verilib<b style="color:red"></b>

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) kadr dəyişikliyi olub.

APA-nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmrilə qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsinə Mətin Adil oğlu Hüseynov təyin olunub.

Mətbuat xidmətinin indiyə qədərki rəhbəri İsrafil Kərimov isə İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb.

Bakı Şəhər İcra Hakimiyyətindən APA-ya faktı təsdiqləyiblər.

 





14.02.2020    çap et  çap et