525.Az

Mərkəzi Elmi Kitabxanaya Azərbaycanın işğal edilmiş ərazilərindəki abidələri haqqında nəşrlər daxil olub


 

Mərkəzi Elmi Kitabxanaya Azərbaycanın işğal edilmiş ərazilərindəki abidələri haqqında nəşrlər daxil olub<b style="color:red"></b>

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) Azərbaycanın işğal edilmiş ərazilərindəki tarixi və memarlıq abidələri haqqında üç nəşr daxil olub.

MEK-dən AZƏRTAC-a bildirilib ki, nəşrlər kitabxananın elektron kataloquna daxil edilib.

Azərbaycanda mədəni-mənəvi dəyərlərin və abidələrin qorunmasına və bərpasına xüsusi diqqət yetirilir. İşğal olunmuş ərazilərdə talan edilmiş tarixi abidələrin araşdırılması, vurulan zərərin hesablanması kimi ciddi məsələlərin müzakirəsi məqsədilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası ilə birgə layihəyə başlanılıb.

“Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki tarixi və memarlıq abidələrinin kataloqu” nəşrində bu abidələrin dağıdılması nəticəsində Azərbaycana dəymiş maddi və mənəvi zərərin həcmi barədə məlumat və fotoşəkillər yer alıb. “Azərbaycanın işğal olunmuş ərazilərində aşkar edilmiş tarixi və mədəniyyət abidələrinə zərər” kitabı fransız dilində nəşr edilib. Kitabda Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindəki, habelə beynəlxalq elmi ictimaiyyət tərəfindən artıq tanınmayan işğal altındakı Dağlıq Qarabağ ərazisindəki tarixi və mədəniyyət abidələrinə qarşı vandalizm aktlarının motivləri əks olunub. Azərbaycan və ingilis dillərində yazılmış “Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması” məqalələr toplusunda arxiv sənədləri, topoqrafik xəritələr və xarici tədqiqatçıların yazıları, müəyyən müddət ərzində Ermənistanın işğalını ifşa etməyə yönəlmiş siyasi təhlillər əsasında hazırlanan məqalələr yer alıb.

 





14.02.2020    çap et  çap et