525.Az

ÜST: Dünya əhalisinin üçdə ikisi koronavirusa yoluxa bilər


 

ÜST: Dünya əhalisinin üçdə ikisi koronavirusa yoluxa bilər<b style="color:red"></b>

Dünya əhalisinin üçdə ikisi koronavirusa (COVID-19) yoluxa bilər.

APA-nın "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, bu barədə Çində virusun yoluxma imkanlarını araşdıran Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məsləhətçisi İra Longini bildirib.

O bildirib ki, milyardlarla insanın koronavirusa yoluxması mümkündür: “Elan edilən karantinlər koronavirusun yayılmasını ləngidə bilər. Ancaq bu virusun Çində və digər ölkələrdə sürətlə yayılma potensialı böyükdür”.

İ. Longininin hesablamalarına əsasən, virusa yoluxmuş bir insan xəstəliyi iki-üç nəfərə ötürə bilir.

“Sürətli testlərin olmaması və bəzi insanlarda infeksiyanın nisbi yumşaqlığı onun yayılmasını izləməyi çətinləşdirir. Virusun yayılmasını azaltmaq üçün vasitə olsa belə, demək olar dünyanın üçdə ikisinin virusa yoluxma təhlükəsi var. Karantin bu virusu dayandırmaq iqtidarında deyil”, - deyə tədqiqatçı vurğulayıb.

 





14.02.2020    çap et  çap et