525.Az

TAP kəmərinin tikintisi 92% yekunlaşıb


 

TAP kəmərinin tikintisi 92% yekunlaşıb<b style="color:red"></b>

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəmərinin (TAP) inşasına başlanılandan bəri işlərin 92%-i yekunlaşıb.

TAP konsorsiumundan "APA-Economics"ə verilən məlumata görə, bu, yanvarın sonunda qeydə alınan göstəricidir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ilin dördüncü rübündə çatdırılacağı nəzərdə tutulur.

 





14.02.2020    çap et  çap et