525.Az

Dünya çempionatının püşkü üçün səbətlər məlum oldu


 

Dünya çempionatının püşkü üçün səbətlər məlum oldu<b style="color:red"></b> 2014-cü il dünya çempionatının püşkatma mərasimi üçün səbətlərin tərkibi müəyyənləşib. 

Qol.Az-ın məlumatına görə, Braziliyada keçiriləcək mundialın 32 iştirakçısı tədbir zamanı 4 səbətə bölünəcək.

İlk səbətdə təşkilatçı ölkə Braziliyadan əlavə, FİFA-nın oktyabr reytinqində 7 ən yaxşı yığma yer alacaq. Bunlar İspaniya, Almaniya, Argentina, Kolumbiya, Belçika, İsveçrə və Uruqvay olacaq.
 
Qalan səbətlərə bölgü isə coğrafi prinsip əsasında aparılacaq.
 
1-ci səbət: Braziliya, İspaniya, Almaniya, Argentina, Kolumbiya, Belçika, Uruqvay, İsveçrə
 
2-ci səbət: Hollandiya, İtaliya, İngiltərə, Portuqaliya, Yunanıstan, Bosniya və Herseqovina, Xorvatiya, Rusiya
 
3-cü səbət: Fransa, Çili, Ekvador, Kot-d'İvuar, Qana, Əlcəzair, Nigeriya, Kamerun
 
4-cü səbət: Yaponiya, İran, Cənubi Koreya, Avstraliya, ABŞ, Meksika, Kosta-Rika, Honduras.
 
Qeyd edək ki, dünya çempionatının püşkü dekabrın 6-da Braziliyanın Mata-di-San-Juan şəhərində atılacaq.
 





21.11.2013    çap et  çap et