525.Az

İki qadın yazarın imza günü keçiriləcək


 

İki qadın yazarın imza günü keçiriləcək <b style="color:red"></b> Fevralın 15-i, saat 18:00-da "Park Bulvar" Ticarət mərkəzində iki qadın yazarın imza günü keçiriləcək.

525.az xəbər verir ki, "Qanun" Nəşriyyatının nəşr etdiyi Türkan Turanın "O" və Aygül Ağayevanın "Məşhur adamın məşuqəsi" kitablarının imza günü keçiriləcək.

İmza günü "Əli və Nino" kitab mağazaları şəbəkəsi, eləcə də "Park Bulvar"ın dəstəyilə baş tutacaq.

Maraqlanan oxucular göstərilən saatda kitabları imzalı şəkildə əldə edə bilərlər.

 

 





14.02.2020    çap et  çap et