525.Az

Çin koronavirusla mübarizəyə 11,5 milyard dollar ayırıb


 

Çin koronavirusla mübarizəyə 11,5 milyard dollar ayırıb<b style="color:red"></b>

Çin hökumətinin koronavirusla mübarizəyə ayırdığı vəsaitin həcmi məlum olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu gün Çinin Maliyyə nazirinin köməkçisi Ou Venxan bildirib ki, koronavirusla mübarizəyə 80,5 milyard yuan (11,5 milyard dollar) məbləğində vəsait ayrılıb.

O qeyd edib ki, epidemiya ilə mübarizədə faktiki xərclər 41 milyard yuan (5,87 milyard dollar) təşkil edib.

 





14.02.2020    çap et  çap et