525.Az

Dövlət İmtahan Mərkəzində ingilis dili üzrə beynəlxalq imtahanlar keçirilib


 

Dövlət İmtahan Mərkəzində ingilis dili üzrə beynəlxalq imtahanlar keçirilib<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzində (DİM) ingilis dili üzrə növbəti beynəlxalq imtahanlar keçirilib. İmtahanların gedişi zamanı iştirakçıların bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

DİM-dən AZƏRTAC-a bildirilib ki, bu həftə ərzində 5 nəfər (1 yerli və 4 əcnəbi) “Pearson Test of English Academic” (PTE-Academic/PTE-A) imtahanını verib. Akademik ingilis dili üzrə bilik və bacarıqların qiymətləndirilməsini nəzərdə tutan 3 saatlıq onlayn imtahanda iştirakçıların oxu, yazı, dinləmə və ünsiyyət bacarıqları yoxlanılıb. “Ən tez və ədalətli” (fast&fair English test) sayılan PTE-A imtahanının nəticələri 1-2 iş günü ərzində onlayn şəkildə elan edilir və 60-dan çox ölkənin müxtəlif ali təhsil müəssisələrində qəbul edilir.

2017-ci ildən etibarən “Pearson VUE” təşkilatının rəsmi kompüter əsaslı test mərkəzi olan Dövlət İmtahan Mərkəzinin saytında ingilis dili və müxtəlif ixtisas sahələri üzrə imtahanlar haqqında ətraflı məlumat verilib.

Qeyri-iş günləri imtahanlar keçirilmir.

 





14.02.2020    çap et  çap et