525.Az

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış (davamı)


 

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış<b style="color:red"> (davamı)</b>

İdris ABBASOV 

 Müşriklərin Rəsulullahı sabii adlandırmalarının səbəbi onun "lailahə illəllah" deməsi ilə sabiilərə bənzədilməsinin nəticəsi idi. Seyyid Kutub Bəqərə surəsinin 62-ci ayəsini təfsir edərkən belə demişdir: "Sabiilər ən tərcih edilən rəvayətə görə bisətdən* öncə qövmlərinin bütə tapınmasından xoşlanmayaraq könüllərinə xitab edən səmimiyyətlə bağlana biləcəkləri bir etiqad arayan ərəblərdir. Onlar tövhid dinini qəbul etmişdilər ilk həniflərin, yəni İbrahimin dini üzrə ibadət edirdilər. Müşriklər bunlara "Atalarının dinindən dönənlər" anlamında sabiilər adını vermişdilər. Sonradan müsəlmanlara sabii  deyilməsinin səbəbi budur". Digər bir rəvayətə görə isə sabii Hanuh adlandırılan İdris peyğəmbərin nəvəsi Lamekin başqa bir adıdır. İbnu-l-Əsir Nuh əleyhissəlamın göndərildiyi qövmün sabiilərdən ibarət bir topluluq olduğunu onların bütlərə tapındıqlarını qeyd edir. Onların inanclarının təməli ruhani varlıqlara ibadət etməkdir. Onlar hər şeyin Allah tərəfindən yaradıldığına inanırlar. Ona yaxınlaşmaq yalnız ruhlar vasitəsilə mümkündür. Zərdüştilikdən öncə farsların, xristianlıqdan öncə isə rumların tabe olduqları din sabiilikdir. Rumların sabiilərdə olduğu kimi adlarını yeddi planetdən alan yeddi ədəd bütləri vardır. Sabiiliyin göndərilən bir din olması ehtimal edilir. Amma zaman keçdikcə siyasi təsirlər nəticəsində sapmalara məruz qalaraq batinilik xüsusiyyəti kəsb etmişdir. Sabiilər ilk sabiilər sonrakı sabiilər olmaqla iki qismə ayrılırlar. İlk sabiilik Hindistan, Əski Misir, Suriya Kəldanilərin tabe olduqları məktəbdir. Əski yunan rum dinləri bu inancın bir formasından ibarətdir. Sonrakı sabiilər İsrail, İran, Yunan Roma kimi müxtəlif mədəniyyətlərin təsiri altında formalaşan siryani kəldani sabiiləridir.

Sabiilikdə bir din qurucusu, yaxud bir peyğəmbər yoxdur. Sabiilərə görə sabiilik "İşıq Elçisi" tərəfindən ilk insana öyrədilmiş ondan sonra nəsillərdən-nəsillərə keçərək günümüzə qədər gəlib çatmışdır. Hz.Yəhya sabiilikdə önəmli bir şəxsiyyət kimi qəbul edilir; "doğruluğun peyğəmbəri" "ilahi elçi" kimi təqdim olunur. Sabiilər Yəhyanı ilahi mesajı onlara gətirən bir "elçi", bəzi ibadətləri tətbiq edən öyrədən bir rəhbər, "şər qüvvələri" məğlub etmək qayəsi ilə "işıq yolu"nu izləyənlərə müqəddəs mətnləri təbliğ edən bir təbliğatçı kimi qəbul edirlər. Sabiilərin önəmli müqəddəs kitabları Qinzadır. Qinza Qinza Rabba (Böyük Xəzinə), yaxud Sidra Rabba (Böyük Kitab) adlandırılır. Qinza Sağ Qinza (Qinza Ymına) Sol Qinza (Qinza Smala) kimi iki ana qismə bölünür. Sağ Qinza mifoloji kosmoloji mövzuları əhatə edir. Sol Qinza isə ruh, ruhun qurtuluşu, "o biri dünya" ilə bağlı mövzuları ehtiva edir. Bu qismə "Ruhlar Kitabı" da deyilir. İlahilər şəklində olan bu qism ölülər üçün təşkil olunan mərasimlərdə oxunur. Sabiilərin digər bir kitabı da "Yəhyanın təlimləri"dir (Draşya d Yahya). 37 hissədən ibarət olan bu kitabda müxtəlif mövzulardakı mifoloji təsəvvürlər nəzərdən keçirilir. Sabiilərin digər bir müqəddəs kitabı Qolostadır. Gündəlik bir ibadət özəlliyi daşıyan bu kitabda müxtəlif dualar ilahilər, vəftiz ölülərlə bağlı ayinlər yer alır.

Sabiilikdə bütün varlıqları yaradan bir "Uca Varlıq" inancı vardır. Bu təməl təlim "həyat" inancıdır. Sabiiliyin müqəddəs kitabı Qinzada "Həyat"ın olduğu bu şəkildə açıqlanır: "Bütün işlərin arxasında olan qüdrətli, bilinməz Uca Həyatın gücü adı ilə". "Həyat" inancı sabiiliyin mahiyyətini təşkil edir. Sabiilikdə xeyrin təmsilçisi "İşıq aləmi" şərin təmsilçisi "Qaranlıq aləmi" olmaqla bir dualizm mövcuddur. Bu iki əks qütblü güclərin rəqabəti həyatın formalaşmasının şərtidir. Bunlar eyni zamanda bir-birinin ayrılmaz parçası bir-birinin varlığının şərtidir. İşıq Aləminin başında "Uca Varlıq" yer alır. "Uca Varlıq" həyatı simvolizə edən "Həyat"ın şəxsləşdirilmiş halı olan "ilk Həyat"dır. "Uca Varlıq" müqəddəs mətnlərdə müxtəlif adlarla adlandırılır. Bu gün sabiilər arasında yayılan sabiilərin inancına görə ən üstün özəlliklərə sahib olan "İşıq Kralı" bütün nöqsanlardan uzaqdır. Yaradıcı güc Ptahil şər varlıqların xaricində yer üzünə hakim olacaq bir varlıq (insan) yaratmaq istəmişdir. Bu istəyini planetlərə açmış, planetlər Ptahilin bu təklifini qəbul edərək ilk insanın (Adəm) yaradılmasını uyğun görmüşdürlər. Ptahil Adəmi yaratmış, amma bu uğursuzluğa düçar olmuş, yaradılan varlıq cansız olmuşdur. Ona görə Ptahil İşıq Kralına yalvararaq yardım diləmişdir. İşıq Kralı Adəmə can vermiş ilahi təlimləri öyrətmişdir. İlahi təlimi qəbul edən Adəm Uca Tanrı önündə baş əymiş, Ona dua edib yalvarmış şər qüvvələri rədd etmişdir. Adəm yer üzünün ehtiraslarını buraxmış, "İşıq Aləmi" yönəlmişdir. İşıq Kralı da Adəmi mükafatlandırmışdır. Adəmin bu durumu şər qüvvələrin qısqanclığına səbəb olmuşdur. Onlar Adəmə sui-qəsdlər hazırlamışdırlar. Amma İşıq gücləri Adəmi şər qüvvələrə qarşı qorumaq, onun evlənərək çoxalmasını qurtuluşunu təmin etmək üçün bilgilər, dualar ibadətlər öyrətmişdirlər. Qinzada "Ptahil dünyanı yaratdıqdan sonra Adəmi öz surətində, Həvvanı isə Adəmin surətində yaratdı" şəklində ifadə vardır.

Sabiilərin dini ədəbiyyatında peyğəmbər "nbiha" termini ilə ifadə edilir onunla Hz.Yəhya nəzərdə tutulur. Amma Yəhyanı din gətirən peyğəmbərliyi təbliğ edən bir peyğəmbər kimi qəbul etmirlər. Hz.İbrahim, Hz.Musa, Hz.İsa Hz.Muhəmməd sabiilər tərəfindən mənfi dəyərləndirilən şəxsiyyətlərdir. Sabiilikdə ölüm yeni bir həyatın başlanğıcı, ruhun bədən həbsxanasından qurtarıb "İşıq Aləmi" yüksəlməsi yolunda ilk addımdır. Bədəndən ayrılan ruh məzardan çıxaraq 45 günlük bir yolçuluğa başlayır. Dünyada yaxşı yaşamış ruhun yolçuluğu 40 gün davam edir. İşıq Aləminə doğru yola çıxan ruh gedəcəyi yerə çatması üçün bir sıra əngəlləri dəf etməli olur. Yaxşı ruhlar bu əngəlləri asanlıqla, pis ruhlar isə məşəqqətlərlə aşıb "Abatur tərəzisi" yetişirlər. Bu tərəzidən sonra yaxşı ruhlar öz yollarına davam edər, pis ruhlar isə cəzalarını çəkmək üçün geriyə, planetlərə dönüb cəzalarını çəkərək təmizlənərlər. Bu günahkar ruhların qiyamətdən sonrakı "Hesab Günü" qədər işgəncə görəcəkləri qəbul edilir.

Sabiilikdə insanı qurtuluşa aparan yol "İlahi Bilgi"ni əldə etməkdir. İbadətsiz "İlahi Bilgi" yetişmək bayağı dünyadan yaxa qurtarmaq imkansızdır. Bu ibadətlər isə vəftiz (dəstəmaz), ayin yeməklər, oruc, dua, qurban kimi ayinlərdir. Vəftiz yaxud "boy dəstəmazı"nın su ilə, xüsusən axar su ilə olması önəmlidir. Vəftiz suyuna "yardna" (urdun-iordaniya) deyilir. Bu ad sabiilərin ana vətəni kimi İordan çayının hövzəsinin müəyyən edilməsi fikrindən qaynaqlanır. Sabiilərə görə İordaniya, Fərat, Dəclə Qarun çayları "Həyat Suyu"dur, yəni yardnadır. Sabiilikdə vəftiz "Həyat Suları"na girib çıxmaqdan ibarətdir. Vəftiz iki vəzifə yerinə yetirir. Bunlardan biri mənəvi çirkdən pislikdən, yəni günahlardan təmizlənməkdir. Digəri Uca Varlığın (İşıq Kralı) dünyadakı təmsilçisi olan "Həyat Suyu" ilə qarışaraq Uca Həyatın (Tanrı) bir parçasına çevrilməkdir. Sabiilikdə "tam vəftiz", "rişama" "tamaşa"  deyilən üç vəftiz qeyd olunur. Birincisi rahib vasitəsilə, digərləri isə rahibsiz yerinə yetirilir. Gün ərzində beş dəfə dua edən sabiilərin qibləsi İşıq Kralının məkanı saydıqları Şimaldır.

Qinzada inananlar "böyük oruc" tutmağa dəvət olunurlar. Böyük oruc bu şəkildə açıqlanır: "Bu dünyanın yemək-içməyindən uzaq durmaq şəklində bir oruc deyildir. İffətsiz göz qırpmalara qarşı gözlərinlə oruc tut, pisliyə baxma onu etmə. Sənə aid olmayan qapılara qulaq asmaqdan çəkinmək üçün qulaqlarınla oruc tut. Pis yalanlara qarşı ağzınla oruc tut. Pis düşüncələrdən çəkinmək üçün qəlbinlə oruc tut qəlbində pislik, qısqanclıq qovğanı barındırma... Cinayət törətməkdən oğurluq etməkdən uzaq durmaq üçün əllərinlə oruc tut. Sənə aid olmayan evli qadına yanaşmaqdan uzaqlaşaraq vücudunla oruc tut...". Sabiilikdə yemək-içməklə bağlı müəyyən qaydalar vardır. İnsanı sərxoş edən alkoqollu içkilərin içilməsi, ölü heyvan ətinin yeyilməsi, dini qaydalara uyğun kəsilməyən sabii olmayan kəs tərəfindən kəsilən heyvanın ətinin yeyilməsi yasaq sayılır. Günümüzdə sabiilər İraqda Fərat Dəclə çaylarının birləşdiyi bölgə ilə İranın İraqa yaxın qismində yaşayırlar.

(Ardı var)

 





21.11.2013    çap et  çap et