525.Az

Qətər Suriya üçün BMT-yə çağırış etdi


 

Qətər Suriya üçün BMT-yə çağırış etdi<b style="color:red"></b>

Qətər BMT-ni Suriyadakı üsyançılara dəstək olmağa çağırdı.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Qətərin Xarici işlər naziri Xalid İbin Muhamməd əl-Attiyah Suriya dövlət lideri Bəşər Əsəd rejiminə etiraz edən üsyançılara qida, dərman və digər zəruri vasitələr göndərərək onlara yardım etdiklərini söyləyib.

Rəsmi Qətər Suriyada hakim rejmin əleyhdarlarına lazımi yardımlar etdiyini, lakin silah göndərmədiklərini açıqlayıb. Qətər lideri BMT-ni Suriyadakı acınacaqlı vəziyyətin qarşısını almağa səsləyib: "Suriyanı öz ixtiyarına versək vəziyyət bundan da acınacaqlı olacaq. Vətəndaş müharibəsinin qarşısını almaq lazımdır”.

Qeyd edək ki, növbəti həftə Suriya müxalifətçiləri Qatarda bir araya gələcək.

Nigar Məhərrəm

 





12.10.2012    çap et  çap et