525.Az

AZPROMO-nun nümayəndələri Macarıstanda işgüzar görüşlər keçiriblər


 

AZPROMO-nun nümayəndələri Macarıstanda işgüzar görüşlər keçiriblər<b style="color:red"></b>

Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın Budapeştdə keçirilən 7-ci iclası çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri müvafiq qurumlarda görüşlər keçiriblər.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, Macarıstanın İxracın Təşviqi Agentliyi (HEPA) ilə görüşdə 2019-cu ildə Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə imzalanmış əməkdaşlığa dair anlaşma memorandumunun icrası, əlaqələrin genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub.

Macarıstanın “Eximbank”ı ilə görüşdə isə əməkdaşlığın qurulması barədə fikir mübadiləsi aparılıb.

 





15.02.2020    çap et  çap et