525.Az

Dövlət qulluğunun təbliği və təşviqi ilə bağlı maarifləndirmə işi aparılacaq


 

Dövlət qulluğunun təbliği və təşviqi ilə bağlı maarifləndirmə işi aparılacaq<b style="color:red"></b>

Dövlət qulluğunun təbliği və təşviqi ilə bağlı Bakı şəhərində və regionlarda yerləşən ali təhsil müəssisələrində maarifləndirmə işi həyata keçiriləcək. Məqsəd işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsidir.

AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planında əksini tapıb. Maarifləndirmə işi Dövlət İmtahan Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələri ilə birgə həyata keçirəcək.

Qeyd edək ki, Tədbirlər Planında il ərzində tədbirlərdə iştirak edənlərin sayı və hazırlanmış broşürlər haqqında məlumat qeyd olunub.

 





15.02.2020    çap et  çap et