525.Az

Ermənistan Rusiyanın 102-ci hərbi bazasının ərazisini genişləndirdi


 

Ermənistan Rusiyanın 102-ci hərbi bazasının ərazisini genişləndirdi<b style="color:red"></b> Rusiyanın 102-ci hərbi bazasına İrəvandakı “Erebuni” hərbi hava limanında əlavə ərazilər veriləcək. Lent. az-ın məlumatına görə, bu barədə düşmən ölkənin müdafiə nazirinin müavini Ara Nazaryan hökumətin iclasında bəyanat verib.
 
O, müvafiq qərarın layihəsini təqdim edib. Rusiya bazasına vertolyot eskadrilyası üçün dayanacaq, inzibati-iqtisadi sığınacaq və yanacaq-sürtgü materialları saxlamaq üçün yer veriləcək. Qərar Ermənistan – Rusiya hökumətlərarası komissiyasının 8-ci iclasının protokolu çərçivəsində çıxarılıb. Həmin protokolda Rusiya və Ermənistan tərəflərinin qarşılıqlı öhdəlikləri əksini tapıb. Rusiya tərəfi Ermənistandakı 102-ci hərbi bazanı gücləndirməyi təklif edib və bu məqsədlə noyabrda Ermənistana 18 helikopterin verilməsini planlaşdırıb. Əlavə ərazilər yeni hərbi texnika üçün nəzərdə tutulub.
 





21.11.2013    çap et  çap et