525.Az

Zakari Qross: Azərbaycan dünya idmanında vacib rol oynayır


 

Zakari Qross: Azərbaycan dünya idmanında vacib rol oynayır<b style="color:red"></b>

Azərbaycanda müntəzəm olaraq müxtəlif idman tədbirləri keçirilir. Biz ölkənin dünya idmanında vacib rol oynadığını görürük.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarını izləyən Fransanın Azərbaycandakı səfiri Zakari Qross deyib.
Səfir bildirib ki, Milli Gimnastika Arenasında əla mühit hökm sürür. Bakıda keçirilən dünya kuboku idmançılar üçün vacib əhəmiyyət daşıyır. Çünki bu yarış 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Azərbaycanda gimnastikanın inkişafından danışan Z.Qross qeyd edib ki, bu idman növü ölkədə hər kəs üçün əlçatandır. “Bu, çox demokratik idman növüdür. Daha çox insanın, xüsusilə də uşaq və yeniyetmələrin gimnastika ilə məşğul olması vacibdir”, - deyə o qeyd edib.

Xatırladaq ki, iki gün davam edəcək dünya kuboku yarışlarında 30 ölkədən 150-dək gimnast mübarizə aparır. Yarış Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

 





15.02.2020    çap et  çap et