525.Az

Biznes mühitinin yaxşılaşdırılması davamlı prosesdir


 

Biznes mühitinin yaxşılaşdırılması davamlı prosesdir<b style="color:red"></b>

Azərbaycanda biznesi gözlənilməz hadisələrdən necə qorumaq olar?

 

Azərbaycanda sahibkarlıq mühitinin formalaşması üçün vacib olan "Sahibkarlıq fəaliyyəti haqqında", "Müəssisələr haqqında", "Səhmdar cəmiyyətləri haqqında", "Haqsız rəqabət haqqında", "Əmək birjası haqqında", "Lizinq kompaniyaları haqqında" qanunlar bazar iqtisadiyyatının hüquqi mexanizminin qurulmasını təmin edən digər qanun layihələri qəbul olunub. Sahibkarlığın inkişafı Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi sair sosialyönümlü problemlərin həlli üçün geniş imkanlar açıb. Qeyri-neft sektorunun inkişaf etdirilməsində sahibkarlığın rolu böyükdür. Təsadüfi deyil ki, dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım təşviq mexanizmlərinin tətbiq edilməsidir.

Özəl sektoru, sahibkarlıq subyektlərini risklərdən qorumağın əsas ən sərfəli yolu sığortadır. Son illərdə Azərbaycanda firmaların, kiçik orta sahibkarlıq subyektlərinin sığortalanmasına daha çox ehtiyac yaranıb. İki ay əvvəl Sumqayıtdakı "Karvan" ticarət mərkəzində baş verən yanğın onun nəticəsində onlarla sahibkara böyük zərər dəyməsi adamlarına sığortanın vacibliyini bir daha xatırlatdı. Ümumiyyətlə, son vaxtlar baş verən təbii texnogen fəlakətlər (sürüşmə, yanğın, subasma s.) orta xırda sahibkarlıqla məşğul olan şəxsləri xeyli narahat edir. Vəziyyətdən sərfəli çıxış yolu yeganədir - SIĞORTA.

 

Başına gələn başmaqçı olar

 

"Karvan" Ticarət Mərkəzində baş verən hadisə göstərdi ki, vaxtında ehtiyat tədbirləri görülməsə, sahibkar bir anda böyük zərərə düşə bilər. Bunlardan çıxış yolu isə təbii ki, sığortadır. Araşdırmalar nəticəsində məlum oldu ki, Azərbaycanın sığorta şirkətləri sahibkarlara öz bizneslərini müxtəlif risklərdən sığortalamaq üçün xidmətlər göstərirlər. O cümlədən, hər hansı obyekti icarəyə götürüb, burada ticarətlə məşğul olan adamları da satdığı malları belə hadisələrdən, məsələn, yanğından sığortalaya bilərlər. Cüzi bir məbləğ (malın dəyəri ilə müqayisədə) ödəməklə alınan sığorta sahibkarları bəzən bütün bizneslərinin batmasından sığortalaya bilər. Amma sığorta şirkətlərinin öz şərtləri var.

Əvvəla, sığorta şirkətləri heç bütün obyektlərdəki malları sığortalamırlar. Sığorta şirkətlərinin əksəriyyəti obyekti ya oradakı malları sığortalamazdan əvvəl onun vəziyyətini, yəni qədər riskli obyekt olduğunu araşdırırlar. "AXA Mbask" sığorta şirkətinin departament direktoru Əli Nağıyevin sözlərinə görə, burada müxtəlif amillər nəzərə alınır: "Məsələn, obyektdə yanğına qarşı mühafizə cihazlarının (sensorların) olması, obyektdəki yanğınsöndürmə qurğularının sayı növü s. Yalnız bütün bu amilləri qiymətləndirəndən sonra obyektdəki malların sığortalanması barədə qərar veririk".

Ən mühüm məsələlərdən biri obyektin yanğın söndürmə məntəqəsindən hansı məsafədə yerləşməsidir. Sığorta şirkətləri üçün bu məsafənin az qala hər metrinin əhəmiyyəti var. Yerləşmə baxımından ən təhlükəsiz obyektlər şəhərin mərkəzinə daha yaxın olanlardır - çünki bura yanğınsöndürənlərin vaxtında çatması imkanı daha böyükdür. "Ona görə mərkəzdə olan binalar, şəhər kənarındakılara nisbətən daha az riskli sayılırlar"-deyə "Buta sığorta" şirkətinin layihə rəhbəri Orxan Sadiqov bildirir.

 

Sığorta şirkətləri hansı obyektlərə həvəs göstərir?

 

Araşdırmalar göstərir ki, obyekt yanğın təhlükəsizliyi tələblərinə cavab vermirsə, sığorta şirkətlərinin bir hissəsi onları sığortalamaqdan ümumiyyətlə imtina edirlər. Ə.Nağıyevin sözlərinə görə, "sığortalanan obyektə yanğınsöndürənlərin gəlməsi üçün maneələr mövcuddursa, belə obyektləri sığortalamaqdan çəkinirik, çünki belə obyektlər yüksək risk qrupuna aiddir".

Araşdırma zamanı obyektin yeri ilə yanaşı, onun sürüşmə zonası olub- olmaması da yoxlanır. "Qarant Sığorta" şirkətinin şöbə müdiri Emil Tahirovun sözlərinə görə, bu xüsusilə anbarlara aiddir: "Hətta anbarda malların necə yığılması da riskləri artırıb azaldır. Çünki ola bilər ki, anbarı su bassın bu zaman mallar düzgün yığılıbsa, zərər az olacaq". Yeri gəlmişkən, subasma baxımından daha təhlükəli obyektlər metro keçidlər sayılır.

Bununla yanaşı, elə obyektlər, yəni ticarət mərkəzləri var ki, orada çalışan sahibkarlar mallarını sığortalamaq üçün müraciət etsələr, şirkət buna dərhal razılaşar. Söhbət "Metropark" ya "Park Bulvar" kimi müasir ticarət mərkəzlərindən gedir.

 

Parfümeriya məhsulları baha sığorta olunur

 

Sığorta şirkətlərinin digər maraqlı tələbi hadisə, məsələn, yanğın zamanı obyektdə olan malların təsdiqlənməsidir. Belə ki, mallar sığortalananda onların şirkətin dövriyyəsində olması barədə təsdiqləyici sənədlər tələb olunur. Məsələn, mağazada yanğın baş veribsə, sahibkar burada korlanan malların miqdarını bildirəndə həmin malların doğrudan da yanğın zamanı mağazada olduğunu sübut etmək üçün onların sənədlərini təqdim etməlidir. Bu tələbə görə sığorta şirkətlərini qınamaq lazım deyil: obyekti qəsdən yandırıb pul qazanmaq üsulu az qala sığortanın özü ilə birlikdə yaranıb fırıldaqçılar bundan indiyədək geniş istifadə edirlər.

Obyektdəki malların sığortalanması barədə qərar tarif dərəcələri malların növündən asılıdır. Çünki elə mallar var ki, hətta yanğın zamanı yanğınsöndürmə briqadası vaxtında gəlsə , odu söndürəndə ona suyun dəyməsi kifayətdir ki, o öz keyfiyyətini itirsin ya korlansın. Ona görə sığorta şirkətləri bəzi malları sığortalamaqdan ehtiyat edirlər, ya da bunu daha yüksək qiymətə edirlər. Bu xüsusilə tez alışan mallara aiddir, məsələn parfümeriyaya. "Qarant Sığorta"nın şöbə müdiri E.Tahirov bildirir ki, parfümeriya mallarının tərkibində spirt olduğuna görə onlar, xüsusilə dezodorantlar yanğına qarşı çox həssasdırlar: "Parfümeriya kimi mallardan uzaq durmağa çalışırıq. Bundan başqa paltarlar da tez alışan olduğuna görə, yüksək riskli təbəqəyə aiddir. Amma obyektlər lazımi kriteriyalara cavab verərsə, onları da sığortalamaq olar".

Bu siyahıya şüşə-qabqacaq, elektronika oyuncaqları da əlavə edir. Çünki şüşə mallar sınmağa çox meyllidir, elektronika məmulatları da yanğından tez zərər çəkir böyük ziyana səbəb olur.

 

Çox fikirləşmə, sığortalan!

 

qədər qəribə görünsə , sahibkarlar belə böyük risklərdən o qədər böyük olmayan sığorta haqqı ödəməklə qoruna bilərlər. Belə ki, sığorta şirkətlərindən verilən məlumata görə, obyektdəki malların sığortalanması üçün sığorta tarifləri malın dəyərinin 0,2-0,5%-i qədərdir. Müqayisə üçün bildirək ki, bu avtomobillərin kasko sığortasından 6-15 dəfə ucuzdur. Yəni hər hansı sahibkar öz obyektindəki malları avtomobilindən 10 dəfə ucuz qiymətə sığortaya bilər. Məsələn, hər hansı obyektdə 20 min manatlıq mal varsa, onların sığortalanması sahibkara 40-100 manata, 50 min manatlıq mal olduqda isə 100-250 manata başa gələcək.

Bundan başqa, bəzi mallar üzrə ayrıca sığorta məhsulları da mövcuddur. Məsələn, şığorta şirkətlərindən biri buna görə "Elektron cihaz" sığortasının tətbiqinə başlayıb. Bu sığorta məhsulu ilə satışda olan elektron cihazları - televizor, kompüter s. malları sığortalamaq mümkündür. Sığorta haqqı cəmi 0,3%-dir. Məsələn, mağazada 20 min manatlıq cihaz varsa, onun sığortası cəmi 60 manat təşkil edir. Malların məbləğini hadisə baş verəcəyi təqdirdə dəyə bilən zərəri nəzərə alanda, qətiyyən böyük məbləğ deyil. Üstəlik malların dəyəri artdıqca, tariflər aşağı düşür.

 

1 milyard manatlıq potensial

 

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının sədri Azər Əliyev hesab edir ki, dünyanın inkişaf etmiş ölkələrində sığorta işinin təşkilinə on ildən çox vaxt lazım olub. Lakin indiki reallıqları informasiyanın ötürülməsi, alınması emalı üzrə sürət imkanlarını nəzərə alsaq bizim ölkədə bu daha tez baş verəcək: "Ölkə əhalisi hər gün KİV-dən digər vasitələrdən dünyada baş verən təbii fəlakətlər, bədbəxt hadisələr digər kataklizmlər haqqında məlumat əldə edir. Bütün bu proseslər sığortanın vacibliyini təsdiq edir. Güman edirəm ki, artıq 5 ildən sonra Azərbaycanda sığorta bazarının tamam başqa mənzərəsi olacaq. İnsanlar tez-tez müraciət edəcək tez-tez sığorta haqqında danışacaqlar. Mən tamamilə əminəm ki, artıq bu gün bizim bazarımız yığım üzrə bir milyard manat potensiala malikdir".

 

Sığorta həmişə hər yerdədir

 

24 iyun 2011-ci il tarixində qəbul edilmiş "İcbari sığortalar haqqında" qanun hüquqi fiziki şəxslərə məxsus tikililərin, yaşayış qeyri-yaşayış sahələrinin, yaşayış evləri binalarının, mənzillərin, icbari qaydada sığortalanmasını nəzərdə tutur. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti əməkdaşları bununla bağlı regionlarda sahibkarlar arasında maarifləndirmə işləri aparır. Lakin icbari sığorta heç sahibkarlıq subyektinin biznes riskini tam sığortalaya bilməz. Burada könüllülük əsas prinsip olmalıdır. Könüllü sığortanın dəqiq şərtləri sığortaçı sığorta olunan arasında müqavilə bağlanarkən müəyyənləşir. Binalar tikililər, ötürücü qurğular, güc maşınları, nəqliyyat vasitələri, avadanlıqlar, inventar, ərzaq, xammal, material s. tufan, leysan, dolu, uçqun, yer sürüşməsi, ildırım vurması, zəlzələ, yanğın, partlayış qəzaya uğrama nəticəsində məhv olması zədələnməsi hallarından sığorta olunurlar. İstehsal kooperativləri, təsərrüfatlar, müəssisələr s. sığorta müqaviləsi bağlayarkən, hesablanmış tədiyyə məbləğinin minimum 50 faizini əvvəlcədən ödəməli, qalan hissəsini isə 4 ay müddətinə ödəməlidirlər. Sığorta tədiyyəsi tam ödənilmədiyi halda, sığorta hadisədən maddi zərər dəyərində, obyektə sığorta ödənişi tədiyyəsinin ödəmə nisbətində verilir.

 

Sığorta bazarının strukturu təkmilləşdiriləcək

 

Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə hesab edir ki, Azərbaycanda sığorta sektorunun inkişaf templəri ölkə iqtisadiyyatının inkişaf templərini əhəmiyyətli dərəcədə ötür: "Bazar 2020-ci ilə qədər bir milyard manata qədər artmaq potensialına malikdir. Bununla yanaşı ölkədə sığorta bazarı, onun strukturu, xüsusilə kənd təsərrüfatı sığortası sahəsində mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac hələ qalmaqdadır. Azərbaycan sığorta bazarının inkişafı məqsədilə qanunverici institusional bazaların möhkəmləndirilməsini davam etdirəcək".

Nizam Rzayev

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

 





21.11.2013    çap et  çap et