525.Az

İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ olub


 

İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ olub<b style="color:red"></b>

İndoneziyanın Seram dənizi sahillərində 5.6 bal gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Avro-Aralıqdənizi Meteoroloji Mərkəzi məlumat yayıb.

Təbiət hadisəsi şənbə günü saat 23:00-da qeydə alınıb. Zəlzələnin episentri Qərbi Papua əyalətində yerləşən Soronq şəhərindən 272 km cənubda, 30 km dərinlikdə hiss edilib.

Ölənlər və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

 





16.02.2020    çap et  çap et