525.Az

Ərdəbildə zəlzələ olub


 

Ərdəbildə zəlzələ olub<b style="color:red"></b>

İranda Azərbaycanla sərhəddə yerləşən Ərdəbil əyalətində zəlzələ baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, yerli vaxtla saat 01:15-də Ərdəbil əyalətinin Səreyn bölgəsində 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 6 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

 

 





16.02.2020    çap et  çap et