525.Az

BŞBPİ: MSK-nın binası önünə toplaşmağa cəhdin qarşısı alınıb


 

BŞBPİ: MSK-nın binası önünə toplaşmağa cəhdin qarşısı alınıb<b style="color:red"></b>

Bu gün bir qrup şəxs əvvəlcədən rəsmi qaydada xəbərdar olunmalarına baxmayaraq saat 15 radələrində Mərkəzi Seçki Komissiyasının inzibati binasının önünə toplaşmağa cəhd edib.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və onlar ərazidən kənarlaşdırılıblar.

Bu zaman  ciddi qanun pozuntusu qeydə alınmayıb, saxlanılan və xəsarət alan olmayıb.

 





16.02.2020    çap et  çap et