525.Az

Bundestaqın vitse-prezidenti: “Gürcüstan Azərbaycan və Ermənistanı əlaqələndirir”


 

Bundestaqın vitse-prezidenti: “Gürcüstan Azərbaycan və Ermənistanı əlaqələndirir”<b style="color:red"></b>

“Gürcüstan bölgədə əhəmiyyətli rol oynayır”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Almaniya Bundestaqının vitse-prezidenti Klaudiya Rot Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşdən sonra bildirib.

Onun sözlərinə görə, Gürcüstan bölgəni əlaqələndirir: “Gürcüstanda sabitlikdir, ölkənin qonşuları isə münaqişədədirlər. Ermənilərin Azərbaycana, azərbaycanlıların isə Ermənistana heç vaxt getməyəcəklərini demələrini, o zaman gəlin birlikdə Gürcüstanda görüşək sözlərini eşitmişəm”.

K.Rot qeyd edib ki, avropalılar Gürcüstanı dəstəkləməlidirlər: “Biz avropalılar Gürcüstanın qarşısında duran çağırışların həllində ölkəni dəstəkləməklə bağlı məsuliyyət daşıyırıq”.

 





16.02.2020    çap et  çap et