525.Az

BDU-ya Mətbuat-informasiya şöbəsinə yeni müdir təyin olunub


 

BDU-ya Mətbuat-informasiya şöbəsinə yeni müdir təyin olunub<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin (BDU) Mətbuat-informasiya şöbəsinə yeni müdir təyin olunub.

"Report" xəbər verir ki, bununla bağlı BDU-nun rektoru Elçin Babayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Jurnalistika fakültəsinin müəllimi Günel İsgəndər qızı Orucəliyeva BDU-nun Mətbuat-informasiya şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, bundan əvvəl universitetin Mətbuat-informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova olub. O, fevralın 12-də öz ərizəsi ilə vəzifəsindən azad edilib.

 





17.02.2020    çap et  çap et