525.Az

Ətraf mühitin problemlərinə həsr olunan elmi konfrans keçiriləcək


 

Ətraf mühitin problemlərinə həsr olunan elmi konfrans keçiriləcək<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Ətraf mühitin problemləri və onun qorunub saxlanması strategiyası: gələcəyə baxış” mövzusunda tələbə və magistrantlar arasında elmi-praktik konfrans keçiriləcək.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, “Elm günü”nə həsr olunan tədbirdə iştirak etmək istəyənlər A4 format kağızda, 12 ölçülü Times New Roman (adi) şriftdə tezis hazırlamalıdırlar. Tezisin adı birinci sətirdə böyük şriftlə (ortada), ikinci sətirdə müəllif və ya müəlliflərin soyadı və inisialı (ortada), üçüncü sətirdə dərəcələr, dördüncü sətirdə təşkilatın adı, şəhər, e-mail və ünvanı ortada yazılmalıdır. Tezislər və iştirakçı anketləri kağız variantda təşkilat komitəsinə, elektron versiyada isə [email protected] ünvanına göndərilməlidir.

Materiallar Azərbaycan, rus və ingilis dillərində martın 31-dək qəbul ediləcək. Tezislər göndərilən zaman 1 ədəd 3x4 fotoşəkil (skan) və əlaqə nömrəsi qeyd olunmalıdır.

 





17.02.2020    çap et  çap et