525.Az

Azərbaycan balıqların artırılması və mühafizəsinə ötən il 2,3 mln. manata yaxın xərcləyib


 

Azərbaycan balıqların artırılması və mühafizəsinə ötən il 2,3 mln. manata yaxın xərcləyib<b style="color:red"></b>

2019-cu ildə Azərbaycanda vətəgə sahələrində balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 2 268,3 min manat vəsait sərf olunub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, həmin vəsaitin 89,7%-i süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 10,3%-i isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.

Ötən il balıqartırma müəssisələri tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 131,7 mln. ədəd balıq körpələrinin 127,8 mln. ədədi bitki ilə qidalanan balıq körpələrinin, 3,4 mln. ədədi çəkikimi balıq körpələrinin, 0,3 mln. ədədi nərəkimi balıq körpələrinin və 0,2 mln. ədədi qızılbalıq körpələrinin payına düşüb.

 

 





17.02.2020    çap et  çap et