525.Az

Gənclərin peşəyönümünün təşkili məqsədilə karyera mərkəzləri yaradılacaq


 

Gənclərin peşəyönümünün təşkili məqsədilə karyera mərkəzləri yaradılacaq<b style="color:red"></b>

Gənclərin peşəyönümünün təşkili məqsədilə 2020-2025-ci illər ərzində ali, orta ixtisas və peşə təhsili müəssisələrində karyera mərkəzləri yaradılacaq və karyera məsləhət xidmətləri göstəriləcək.

AZƏRTAC xəbər verir ki, karyera mərkəzlərini Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planına əsasən yaradacaq.

Xatırladaq ki, indiyə qədər 20 karyera mərkəzi yaradılıb.

 





17.02.2020    çap et  çap et