525.Az

AİB Azərbaycanda insan kapitalının inkişafındakı islahatları dəstəkləyə bilər


 

AİB Azərbaycanda insan kapitalının inkişafındakı islahatları dəstəkləyə bilər<b style="color:red"></b>

Asiya İnkişaf Bankı (AİB) Ölkə Tərəfdaşlıq Strategiyası (ÖTS) çərçivəsində Azərbaycanda insan kapitalının inkişafındakı, xüsusən də peşə təhsilindəki islahatların dəstəklənməsi üzrə Azərbaycan Təhsil Nazirliyi ilə danışıqlar aparır.

Bu barədə "APA-Economics"ə AİB-in Bakı ofisindən bildirilib.

Bankın ofisindən bildirilib ki, AİB bundan əvvəl də Təhsil Nazirliyinin rəsmiləri ilə bir sıra məsləhətləşmələr aparıb və islahatları nəzərdən keçirib.

"Hazırda bu mərhələdə bank Azərbaycana sözügedən sahədə olan problemlərin öhdəsindən necə gəlmək üçün məsləhət dəstəyi verir", - deyə AİB-dən bildirilib.

 





17.02.2020    çap et  çap et