525.Az

Rusiya Xəzərdə "Lukoil"u maraqlandıran sahələri hərraca çıxarmaq niyyətindədir


 

Rusiya Xəzərdə "Lukoil"u maraqlandıran sahələri hərraca çıxarmaq niyyətindədir<b style="color:red"></b>

Rusiyanın Təbiət Nazirliyi Xəzər dənizinin şelfində yerləşən "Tyuleniy-1", "Tyuleniy-2" və "Tyuleniy-3" kəşf olunmamış sahələri hərraca çıxarmağı təklif edib. Sözügedən sahələrdə geoloji işlərin aparılmasına “Lukoil” şirkəti iddialıdır.

"APA-Economics"in "Kommersant" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Təbiət naziri Dmitri Kobılkinin Rusiya Prezidenti Vladimir Putinə göndərdiyi məktubda deyilir.

Qeyd edək ki, cari ilin yanvar ayında "Lukoil"in rəhbəri Vahid Ələkbərov Rusiya Prezidenti Vladimir Putinə müraciət etmişdi. Müraciətdə V. Ələkbərov üç sahədə ("Tüleniy-1", "Tüleniy-2" və "Tüleniy-3") geoloji kəşfiyyatın aparılması üçün icazə istəmişdi. O, dənizdəki sahələri əldə etmək üçün 2016-cı ildə Təbiət Nazirliyi tərəfindən irəli sürdüyü prinsipdən istifadə etməyi təklif edib. Prinsipə əsasən, qurum hərrac keçirmədən tələb edilən ərazi üzrə geoloji kəşfiyyat keçirmək üçün lisenziya verə bilər. Eyni zamanda, digər şirkətlər bu sahə üzrə iddia ilə çıxış etməməlidir.

D. Kobılkinin fikrincə, belə bir yanaşma "digər dövlət orqanları və bazar iştirakçıları tərəfindən vaxtından əvvəl və kifayət qədər əsaslandırılmamış kimi qəbul edilə bilər". Bunun əvəzinə nazir sözügedən sahələri hərraca çıxarmağı təklif edib ki, hərracın şərtlərində istifadəçinin mövcud olması və bölgənin mədən və nəqliyyat infrastrukturunun daha da inkişaf etdirilməsi üçün konkret tələblərin təmin ediləcəyi nəzərdə tutulacaq. Belə bir şərtlər "Lukoil"i hərracın açıq favoritinə çevirəcək.

 





17.02.2020    çap et  çap et