525.Az

Hövsanın bu küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq


 

Hövsanın bu küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq<b style="color:red"></b>

Suraxanı rayonunun Hövsan qəsəbəsinin Oqtay Şabanov küçəsində aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti fevralın 18-də səhər saatlarından etibarən qısamüddətlik məhdudlaşdırılacaq.

Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə edilir.

 





17.02.2020    çap et  çap et