Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri qərar qəbul etmək üçün sosial şəbəkələrdə yayılan görüntülərə ən azı 15 dəfə baxırlar.
AZƏRTAC xəbər verir ki, bunu MSK-nın bu gün keçirilən iclasında komissiyanın sədri Məzahir Pənahov bildirib.
Sədr deyib ki, videogörüntülər də müraciət və şikayətlər kimi dəqiqliklə araşdırılır.