525.Az

Hesablama Palatasına sədr təyin edildi


 

Hesablama Palatasına sədr təyin edildi<b style="color:red"></b>

Milli Məclisin bugünkü iclasında Hesablama Palatasına yeni sədr təyin edilib.

Lent. az-ın məlumatına görə, çıxış edən parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Hesablama Palatasına sədrliyi irəli sürülən Vüqar Gülməmmədovu deputatlara təqdim edərək bildirib ki, o peşəkar iqtisadiyyatçısıdır.

Z. Səmədzadə deputatları V. Gülməmmədovun Hesablama Palatasına sədr təyin edilməsinə səs verməyə çağırıb.

Təklif səsverməyə çıxarılıb və V. Gülməmmədov Hesablama Palatasının yeni sədri təyin edilib.

Qeyd edək ki, Hesablama Palatasının sabiq sədri Heydər Əsədov kənd təsərrüfatı naziri təyin edildiyi üçün onun yeri boş qalmışdı.

 





22.11.2013    çap et  çap et