525.Az

MÜSİAD ilə KOBİA-nın əməkdaşlıq imkanları müzakirə olunub


 

MÜSİAD ilə KOBİA-nın əməkdaşlıq  imkanları müzakirə olunub<b style="color:red"></b>

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında əməkdaşlıq imkanları müzakirə edilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin idarə heyətinin sədri Orxan Məmmədov MÜSİAD-ın sədri Abdurrahman Uzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə KOBİA və MÜSİAD-in fəaliyyəti barədə məlumat verilib, MÜSİAD üzvlərinin 95 faizinin KOB-lardan ibarət olduğu və Azərbaycan şirkətlərinin də bu təşkilatda təmsil olunduğu diqqətə çatdırılıb.

Tərəflər arasında əməkdaşlıq imkanlarına, birgə layihələrin və tədbirlərin reallaşdırılmasına, KOB-ların ixrac imkanlarının daha da artırılmasına dair fikir mübadiləsi aparılıb.

 





17.02.2020    çap et  çap et