525.Az

Azərbaycanda informasiya və rabitə xidmətləri kəskin artıb


 

Azərbaycanda informasiya və rabitə xidmətləri kəskin artıb<b style="color:red"></b>

Bu ilin yanvar ayında Azərbaycanda 187,3 milyon manatlıq informasiya və rabitə xidmətləri göstərilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,3% çoxdur.

Göstərilmiş xidmətlərin 71,7%-i əhali sektoruna aid olub. Bu sahədə əldə edilmiş gəlirin 77,1%-i qeyri-dövlət sektorunun payına düşüb.

 





17.02.2020    çap et  çap et