525.Az

Prezidentə minnətdarlıq məktublarında əcnəbilər də Azərbaycan haqqında müsbət fikirlərini bildirirlər


 

Prezidentə minnətdarlıq məktublarında əcnəbilər də Azərbaycan haqqında müsbət fikirlərini bildirirlər<b style="color:red"></b>

Xarici ölkələrdən Prezident İlham Əliyevə minnətdarlıq məktublarında həmvətənlərimizlə yanaşı, əcnəbi vətəndaşlar da Azərbaycan haqqında müsbət fikirlərini bildirirlər.

Rusiya Federasiyasından ölkəmizdə qonaq olmuş Fazil Vasilov və Nuraniya Zinnatullina, Türkiyənin Ankara şəhərindən Bekir Kılıç, İstanbul şəhərindən Fəridə Çidəm, Ukraynanın Donetsk vilayətindən Gennadi Ponçenko, 50 ildən çox Bakı şəhərində, hazırda isə Yunanıstanın Nea Artaki şəhərində yaşayan milliyyətcə rus Maya Quliyeva və digər ölkələrin vətəndaşları Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanın sürətlə inkişaf etdiyini, gözəlləşdiyini, firavan və tolerant bir ölkəyə çevrildiyini xüsusi vurğulayıblar. Türkiyənin İstanbul şəhərindən Engin Miroğlunun məktubunda qeyd olunub: “Ədalətliliyinizə və qurduğunuz firavan dövlətinizə görə Sizə “Əhsən!” deyirəm. Sizə və Azərbaycana heyran qalmışam və çox sevinirəm. Çünki bu qardaş ölkə bizim ikinci Vətənimizdir”.

Bu fikirlər Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” adlı məqaləsində yer alıb.

Məqalədə deyilir: “Ölkəmizin saysız-hesabsız nailiyyətlərini gözü götürməyən, öz şəxsi mənafeyi və ambisiyaları naminə Azərbaycana qarşı qarayaxma kampaniyaları aparan bəzi yerli və xarici qüvvələrin hərəkətləri vətəndaş məktublarının bir çoxunda qətiyyətlə pislənir, bununla bağlı təəssüf hissi ifadə olunur. Vətəndaşlar əmindirlər ki, belə hallar xalq-iqtidar münasibətlərinə, Azərbaycanın sürətli inkişafına təsir edə bilməz. Ölkəmiz növbəti illərdə də öz strateji xətti və inkişaf yolu ilə uğurla addımlayacaqdır. Ağdamdan Ç.Fətəliyev, M.Kazımov və başqalarının məktubunda deyildiyi kimi: “Ataların bir məsəli var: “Gördüyünü qoyub görəcəyə getmə”. Biz son illərdə və yaxın keçmişdə baş verənləri görüb, həmin dövrləri yaşayan şəxslərik. Ona görə də kimin yanında olacağımıza qərar verməkdə çətinlik çəkmirik. Cənab Prezident, biz hər zaman dövlətimizin, dövlət başçımızın yanındayıq və Sizi dəstəkləyirik”.

AzərTAc

 





18.02.2020    çap et  çap et