525.Az

Hava yağmursuz olacaq


 

Hava yağmursuz olacaq<b style="color:red"></b> Bakı və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə 525.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturunun gecə  5-9, gündüz 11-14 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz olacağı, gecə və səhər bəzi yerlərdə az yağış yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
 





22.11.2013    çap et  çap et