525.Az

MSK bir seçki dairəsi üzrə DSK-nın qərarını qüvvədə saxlayıb


 

MSK bir seçki dairəsi üzrə DSK-nın qərarını qüvvədə saxlayıb<b style="color:red"></b>

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 56 saylı Xaçmaz Kənd Seçki Dairəsi üzrə namizəd Zeyqam Hüseynovun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, MSK katibi Arifə Muxtarova bildirib ki, əvvəlcə Z. Hüseynovun müraciəti baxılması üçün müvafiq olaraq dairə seçki komissiyasına göndərilib: “Zeyqam Hüseynov müraciətində bütün dairə üzrə deyil, yalnız həmin dairənin 7 saylı seçki məntəqəsində səsvermənin nəticələrini mübahisələndirib. DSK müraciətə baxıb və müvafiq qərar qəbul edib. DSK araşdırma aparıb, seçki günü həmin məntəqədə seçicilərin iradəsinə təsir edə biləcək hər hansı hal aşkar etməyib. Buna görə də DSK Zeyqam Hüseynovun müraciətini əsassız hesab edib və təmin etməyib”.

DSK-nın qərarı MSK tərəfindən də qüvvədə saxlanılıb.

 





18.02.2020    çap et  çap et