525.Az

Cənubi Koreyanın sabiq prezidenti 17 il müddətinə azadlıqdan məhrum edilib


 

Cənubi Koreyanın sabiq prezidenti 17 il müddətinə azadlıqdan məhrum edilib<b style="color:red"></b>

Seul Məhkəməsi Cənubi Koreyanın sabiq prezidenti Li Myung Bakı 17 il müddətində azadlıqdan məhrum edib.

APA-nın xəbərinə görə, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Sabiq prezident mənimsəmədə və külli miqdarda rüşvət almaqda ittiham olunub.

Məhkəmə 78 yaşlı Li Myung Bakı 15,7 milyon dollar məbləğində cərimələyib. Sabiq prezident məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, daha əvvəl də Li Myung Bak korrupsiyada və rüşvətdə ittiham olunub. O, 2018-ci ilin 5 oktyabrında Seul Məhkəməsinin qərarı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Lakin 2019-cu ilin mart ayında səhhətinin pisləşməsi səbəbindən girov müqabilində azadlığa buraxılıb. 

Xatırladaq ki, Li Myung Bak 2008-2013-cü illərdə ölkəyə rəhbərlik edib.

 





19.02.2020    çap et  çap et