525.Az

Rusiyada muzeyin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səhvi aradan qaldırılıb


 

Rusiyada muzeyin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səhvi aradan qaldırılıb<b style="color:red"></b>

Bir sıra xəbər saytlarında Rusiyanın Tula Dövlət Silah muzeyində Azərbaycanın təhrif edilmiş xəritəsinin yerləşdirildiyi ilə bağlı məlumat yayılıb.

Bu barədə APA-nın Moskva müxbirinə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfirliyin məsələyə müdaxiləsindən və muzey rəhbərliyinə ölkəmizin ərazi bütövlüyünün pozulmasının qəbuledilməzliyinin izah edilməsindən dərhal sonra qarşı tərəf buraxılmış səhvi operativ şəkildə aradan qaldırıb və bu barədə səfirliyə məlumat verib.

 





19.02.2020    çap et  çap et