525.Az

İran yeni elektromobilini təqdim edib


 

İran yeni elektromobilini təqdim edib<b style="color:red"></b>

İran istehsal etdiyi ilk elektrik mühərrikli avtomobilinin (elektromobil) təqdimatını keçirib.

AZƏRTAC xəbər verir ki, İranın “Iran Khodro Powertrain Company” şirkəti istehsal etdiyi “Rana” adlı elektromobili ictimaiyyətə təqdim edib. Bu avtomobil 30 kilovat/saat enerji ehyitatı ilə 220 kilometr məsafəni qət etmək imkanına malikdir.

Şirkətin nümayyəndəsi bildirib ki, istehsal prosesində istifadə olunan cihazların 50 faizi İrana məxsusdur. Qeyd olunub ki, şirkət İranın digər avtomobil istehsalçısı olan “Saipa” qrupu ilə birgə yeni elektromobillərin kütləvi istehsalına başlayacaq. Yeni elektromobillərin qiyməti adi avtomobillərdən baha olacaq.

 





19.02.2020    çap et  çap et