525.Az

Mərkəz rəhbəri Xocalı faciəsinin dünyaya tanıdılması yollarından danışdı


 

Mərkəz rəhbəri Xocalı faciəsinin dünyaya tanıdılması yollarından danışdı<b style="color:red"></b>

"Azərbaycan və Qafqazda baş verənlər müasir avropalı və ya amerikalılar üçün o qədər də böyük əhəmiyyət daşımır".

APA-nın məlumatına görə, bunu Holokostun Öyrənilməsi Mərkəzinin rəhbəri Kirill Feferman jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın faciəsinin dünyada tanıdılmasına on illər lazımdır:

"Holokost hadisəsi Qərbdə elementar insan haqlarının pozulması kimi qəbul edilir. Azərbaycanda baş verən Xocalı faciəsinin də dünyada tanıdılması üçün memorial abidələrin qoyulması, konfransların keçirilməsi, bu faciə haqqında əsərlərin yazılması gərəkdir".

K. Feferman Xocalı faciəsini tanıdılması üçün kino dilindən istifadənin faydalı ola biləcəyini vurğulayıb:

"Əgər faciə haqda elmi əsərlər, konfranslar müəyyən akademik dairələrə xidmət edirsə, Xocalı faciəsi haqqında film çəkilməsi onun daha geniş kütlələrə yayılmasına kömək edər. Xüsusən, filmdə dünya şöhrətli aktyorun iştirakı onun əhəmiyyətini daha da artırar. Mənə elə gəlir ki, bu cür piar elementlərindən istifadə faciənin daha geniş şəkildə tanınmasına kömək edər. Ancaq bununla belə deyim ki, bu faciənin dünyada tanıdılması üçün uzun illər gərəkdir, bu heç də asan iş deyil".

 





19.02.2020    çap et  çap et