525.Az

Müraciətlər poçtda qəsdən gecikdirilib? - MSK sədrindən rəsmi açıqlama


 

Müraciətlər poçtda qəsdən gecikdirilib? - <b style="color:red">MSK sədrindən rəsmi açıqlama </b>

“MSK müraciətlərə baxan zaman müraciətin poçta verildiyi tarixi əsas götürür”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, seçkilərlə bağlı müraciətlərin poçt tərəfindən qəsdən gecikdirilməsi ilə bağlı yayılan iddiaların heç bir əsası yoxdur:

“Müraciətlərə baxılan zaman müraciətin poçta təqdim olunduğu tarix əsas götürülür. Ona görə də yayılan iddianın heç bir əsası yoxdur. Kimlərsə bunu hansısa məqsədlər üçün edir”.

 





19.02.2020    çap et  çap et