525.Az

Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradılacaq


 

Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradılacaq <b style="color:red"></b>

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 19-da Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncamla Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzi yaradılacaq.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “ASAN xidmət” Mərkəzinin Əsasnaməsini və ştat strukturunu hazırlayıb təsdiq etməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

 





19.02.2020    çap et  çap et