525.Az

Bakı Biznes Universitetində tədbir keçirilib


 

Bakı Biznes Universitetində tədbir keçirilib<b style="color:red"></b>

Bakı Biznes Universiteti və "Easymark" şirkətinin təşkilatçılığı ilə "Marketingguide in BBU" mövzusunda tədbir keçirilib.

Universitetin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov açılış nitqində tələbələri tədbirdə fəal iştirak etməyə çağırıb.

Tədbir çərçivəsində "ABAD", "Azərsun", "Dünyagöz", "Easymark", "Stimul Education" və digər nüfuzlu şirkətlərin sərgisi təşkil olunub. Dövlət və özəl sektor nümayəndələrinin iştirak etdiyi tədbirin əsas məqsədi marketinqin son trendlərinin müzakirəsi, beynəlxalq təcrübənin, strateji həmlələrin tətbiqi, markalaşmada və xarici bazarlara addımlarda əsas məqamlara diqqət yönəltməkdir.

Tədbirin sonunda fəal tələbələr setifikat və digər həvəsləndirici hədiyyələrlə mükafatlandırılıb. "Dünyagöz" klinikası tərəfindən tələbələrə  ödənişsiz müayinə və əməliyyat endirim kuponları və digər şirkətlərin hədiyyələri təqdim edilib.

 





19.02.2020    çap et  çap et