525.Az

Qida təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsidir


 

MƏHSƏTİ HÜSEYNOVA: "ZƏRƏRLİ QİDALAR İNSANI MƏHVƏ APARAN GENETİK SİLAHDIR"

Qida təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsidir<b style="color:red"></b>

Yanlış qidalanma, qeyri-orqanik, genidəyişmiş ərzaqlardan istifadə bir çox hallarda sağalmaz xəstəliklərin yaranma səbəbinə çevrilməklə yanaşı, həm də ən böyük təhlükə, milli genefondumuza vurulan sağalmaz yaradır.

Bu yaranın fəsadlarının miqyası barədə ciddi düşünəndə, problemin həqiqətən də milli təhlükəsizlik xarakteri daşıdığı danılmaz fakta çevrilir. Məhz bu səbəbdən son illər həm hökumət tərəfindən, həm də vətəndaş cəmiyyəti institutlarının xətti ilə sahəyə diqqət ön plana çəkilib, əhali arasında sağlam qidalanmaya, sağlam həyat tərzinə yönəlik maarifləndirmə işləri mütəşəkkil xarakter alıb.

Maarifləndirmə və təbliğat fəaliyyətinin üst qurumu sahəyə aid elmi araşdırmalar, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə söykənən faydalı ədəbiyyat nümunələri sayılır.

"Gənclərin töhfəsi" İctimai Birliyinin həmsədri Məhsəti Hüseynova Məhsəti Hüseynova gənc və perspektivli alimlərimizdən, qida təhlükəsizliyi sahəsində respublikanın azsaylı mütəxəssislərindən biri, "Qida təhlükəsizliyi və İnsanı məhvə aparan genetik silah - GDO" ikicildliyin və "Sağlam gələcək sağlam qidadan başlayır" kitablarının həmmüəllifidir. Sağlam qidalanma kimi spesifik sahəyə aid, ölkədə ilk elmi nəşrlərdən hesab olunan bu dəyərli tədqiqat əsərlərində əhaliyə, xüsusən də, gənclərimizə sağlam həyat tərzini formalaşdırmaq, qida təhlükəsizliyi, düzgün və sağlam qidalanma rejimi, müasir dövrün genetik silahı hesab olunan geni dəyişdirilmiş orqanizmlər barədə faydalı, maarifləndirici məlumatlar verilir. Bizimlə söhbətində gənc alim qeyd edib ki, bu kitabların qələmə alınmasında əsas məqsəd insanları, xüsusilə də yeniyetmə və gəncləri qeyri-sağlam qidalanma nəticəsində yarana biləcək xəstəliklərdən qorumaq, zərərli vərdişlərdən çəkindirmək, sağlam qidalanma və düzgün həyat tərzinin üstünlükləri barədə maarifləndirməkdir.
 
M.Hüseynova onu da bildirib ki, "Gənclərin töhfəsi" İctimai Birliyinin www.saglamqida.az saytında davamlı olaraq sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin ziyanı və ondan xilas olmağın yolları, asudə vaxtın səmərəli keçirilməsi, düzgün və sağlam qidalanma rejimi, zərərli və faydalı qidaları ayırdetmə üsulları, bu istiqamətdə fəaliyyət göstərən dövlət və qeyri-dövlət qurumlarının fəaliyyəti barədə operativ məlumatlar, eləcə də hesabatlar, maarifləndirici videoçarxlar yerləşdirilir. "Gənclərin töhfəsi" İctimai Birliyi neçə ildir ki, düzgün qidalanmanın və sağlam həyat tərzinin əhəmiyyətini uşaq və yeniyetmələrə, gənclərə çatdırmaqdan ötrü uşaq bağçalarında, məktəblərdə, ali təhsil müəssisələrində mütəmadi maarifləndirici tədbirlər keçirir. Birlik həmçinin "Gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq", "Narkomaniyaya və alkoqolizmə yox deyək!", "Gender zorakılığı", "Erkən nikahın fəsadları" və s. mövzulu seminarlarda ekspert-təlimçi qismində çıxış edən gənc alim problemi daim diqqət mərkəzində saxlamağın vacibliyini önə çəkir.

S.QARAYEVA

 





19.02.2020    çap et  çap et