525.Az

“DigitaLand – Rəqəmsal Vətən” layihəsi başa çatıb


 

“DigitaLand – Rəqəmsal Vətən” layihəsi başa çatıb<b style="color:red"></b>

“İrəli” İctimai Birliyinin təşkilat;, Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən XIII qrant müsabiqəsinin qalibi Məleykə Tağızadənin “DigitaLand – Rəqəmsal Vətən” adlı fərdi layihəsinin icrası başa çatıb.

“İrəli”dən verilən məlumata görə, layihənin əsas məqsədi sosial mediadan düzgün istifadə qaydalarını aşılamaq, virtual müharibə mövzusunda gəncləri maarifləndirmək, vətənpərvərlik anlayışını gənclərə aşılamaq, Azərbaycan həqiqətlərini təbliğ etməkdir.

“DigitaLand – Rəqəmsal Vətən” layihəsi çərçivəsində iştirakçılar rəqəmsal marketinqə giriş, sosial media marketinqi, sosial media optimizasiyası, virtual müharibə mövzularında təlim və praktiki sessiyalar vasitəsilə rəqəmsal dünyaya giriş edərək geniş məlumatlar əldə ediblər.

Layihə çərçivəsində jurnalist Rahib Qərib informasiya müharibəsi, hərbi jurnalistika haqqında fikirlərini bölüşüb.

“Virtual Qarabağ” İKT Mərkəzinin sədr müavini Nail Şükürov virtual müharibə, bu mövzunun ölkədə vacibliyindən danışıb. 
 
Təlimçi Şahin Rəhmanlı gənclərdə vətənpərvərlik hissi mövzusuna toxunub, iştirakçıların suallarını cavablandırıb.

Sonda layihə iştirakçılarına hədiyyə və sertifikatlar təqdim olunub.

Cavid QƏDİR

 





19.02.2020    çap et  çap et