525.Az

DSK sədri vəfat etdi


 

DSK sədri vəfat etdi <b style="color:red"></b>

64 saylı Sabirabad ikinci seçki dairəsinin sədri vəfat edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, uzun müddət ağır xəstəliklərdən əziyyət çəkən, 64 saylı Sabirabad ikinci seçki dairəsinin sədri Şükür Ələkbər oğlu İmanov yaşadığı Sabirabad rayonu Nərimankənd kəndində dünyasını dəyişib.

Qeyd edilir ki, 65 yaşlı  Şükür İmanov böyrək çatışmazlığından əziyyət çəkirmiş. Bir il əvvəl ona bacısının böyrəyi köçürülüb. Eyni zamanda kardioloji problemi və ağır diabet xəstəsi olan DSK sədrinin son bir neçə gündə orqanizmi müalicələrə tabe olmadığından komatoz vəziyyyətə düşüb və süni nəfəs apparatına qoşulub.

Bakıdakı xəstəxanalardan birində müalicə alan Ş.İmanov yaxınlarının xahişi ilə yaşadığı evə aparılıb və fevralın 19-da dünyasını dəyişib.

 





19.02.2020    çap et  çap et