525.Az

Tağı Əhmədov: “28 May”a görə təmir işləri aparan şirkət məsuliyyət daşıyır”


 

Tağı Əhmədov: “28 May”a görə təmir işləri aparan şirkət məsuliyyət daşıyır”<b style="color:red"></b> Metronun “28 May” stansiyasında aparılan yenidənqurma işləri insanların həyatı üçün təhlükə mənbəyinə çevrilib.
 
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “Yeni Müsavat”a açıqlamasında bu problemin yaxın günlərdə həll olunacağını deyib. O, bildirib ki, sürüşmənin qarşısını almaq üçün döşəməyə vurulan mərmərin üstünə xüsusi məhlul töküləcək: ““28 May”da bu cür vəziyyətin yaranmasına görə orada təmir işləri aparan tikinti firması məsuliyyət daşıyır. Sürüşkən yerə məhlul töküləndən sonra hər şey öz qaydasına düşəcək. Sürüşkənliyin qarşısı alınacaq. Artıq orada birinci yolda, “Neftçilər” istiqamətinə gedən sahədə arxa tərəfdən həmin məhlul tökülüb və bu, artıq öz effektini göstərir”.
 
T.Əhmədov M.Ə.Rəsulzadənin mozaik pannosunun silinməsi məsələsinə gəlincə bildirib ki, “28 may” mövzusunda nə atribut verilsə, onu da stansiyaya vuracaqlar.
 





22.11.2013    çap et  çap et