525.Az

"Vətəndaş ailə həkiminin göndərişi olmadan birbaşa ixtisas həkiminə müraciət edə bilər"


 

"Vətəndaş ailə həkiminin göndərişi olmadan birbaşa ixtisas həkiminə müraciət edə bilər"<b style="color:red"></b>

"Araşdırma aparmışıq ki, bəzi ixtisaslar üzrə ailə həkiminin göndərişi olmadan birbaşa ixtisas həkiminə müraciət edə bilər. Çünki həmin ailə həkiminin bu sahə üzrə yetərli bilik və bacarıqları olmaya bilər".

APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, vətəndaşı buna görə əziyyətə salmamaq üçün o, birbaşa olaraq müştərək maliyyələşmə məbləği ödəmədən ixtisas həkiminə müraciət edə biləcək.

"Bununla bağlı yaxın zamanda məlumat verəcəyik ki, vətəndaş hansı ixtisaslar üzrə ailə həkiminə müraciət etmədən birbaşa müraciət edə bilər",- deyə o əlavə edib.

 





20.02.2020    çap et  çap et