525.Az

Bakıda orta məktəblər, bağçalar və məscidlər dezinfeksiya edilir


 

Bakıda orta məktəblər, bağçalar və məscidlər dezinfeksiya edilir<b style="color:red"></b>

Koronavirus təhlükəsi ilə əlaqədar Bakıda orta məktəblərin, bağçaların və məscidlərin dezinfeksiyasına başlanılıb.

Bu barədə APA-ya eksklüziv açıqlamasında Bakı Şəhər Dezinfeksiya Mərkəzinin direktoru Akif Məmmədov bildirib.

İndiyə qədər 27 məscid, 2 sinaqoq, 60 məktəb və 50 uşaq bağçasında dezinfeksiya aparılıb. Dezinfeksiya işləri hazırda davam edir:

"Bakı şəhərində 333 məktəb, elə o qədər bağça, 90 məscid var. Dezinfeksiya işləri bu obyektlərin hamısını əhatə edəcək". 

A. Məmmədov deyib ki, dezinfeksiya işləri əhalinin sıx olduğu digər yerlərdə, o cümlədən teatr və kitabxanalarda da aparılır.

 





20.02.2020    çap et  çap et