525.Az

“Allah islah etsin deməkdən başqa əlimizdən bir şey gəlmir”


 

“Allah islah etsin deməkdən başqa əlimizdən bir şey gəlmir”<b style="color:red"></b>

Yazıçının yeni sayı Rəsul Rzaya həsr olunub

 

Oğuz Eliqəzetinin ayrıca buraxılışı olanYazıçının bu il üçün növbəti sayı Xalq şairi Rəsul Rzaya həsr olunub. Buraxılışın ilk səhifəsindən, yəni üz qabığından başlayaraq, sonuncu səhifəsinə qədər bütün səhifələrdə xalq şairinin ömür yolunu əks etdirən, həyatının müxtəlif fraqmentlərini əks etdirən fotolar dərhal diqqəti çəkir. Bunların arasında xalq şairinin dostları ilə qələm yoldaşları ilə birlikdə olan şəkillər, eləcə ümummilli liderimiz Heydər Əliyevin şairəSosialist Əməyi Qəhrəmanıadını onun qızıl ulduzunu təqdim etməsi məqamı insanda kövrək duyğular oyadır.

Yazıçının bu sayında həmin qızıl ulduzun təqdimetmə mərasimində ulu öndərin çıxışından müəyyən fraqment verilib: “...Rəsul Rzanın bədii yaradıcılığı respublikamızda hamı tərəfindən sevilmiş, onu hüsn rəğbət hörmət, ölkəmizdə xaricdə ona böyük şöhrət qazandırmışdır”.

Xalq şairi Rəsul Rza haqqında Ənvər Məmmədxanlının, Mikayıl Abdullayevin, Toğrul Nərimanbəyovun, Mirzə İbrahimovun, Süleyman Rəhimovun, Əli Kərimin, Sabir Rüstəmxanlının, Əli Vəliyevin, Eldar Baxışın, Məmməd Arifin, Niyazinin, Sabit Rəhmanın, Bayram Bayramovun, Səttar Bəhlulzadənin, Məmməd Arazın, İlyas Əfəndiyevin, Tofiq Quliyevin, Məmməd İsmayılın, Fikrət Qocanın, Vaqif Nəsibin, Kamil Vəlinin, Vaqif Cəbrayılzadənin, Vaqif Səmədoğlunun, eləcə türk dünyasının böyük yazarları Nazim Hikmətin, Oljas Süleymenovun, həmçinin böyük şairin yaradıcılığını izləyən digər millətlərdən olan söz-sənət  adamlarının bir-birindən maraqlı fikirləri bu buraxılışda yer almışdı.

Ümumiyyətlə, “Rəsul Rzaxüsusi buraxılışıYazıçıtoplusunun ən uğurlu təqdimatlarından biridir. Redaktoru Azər Abdulla olan bu buraxılış Rəsul Rza yaradıcılığına oxucu sevgisinin  daha bir nümunəsidir. Düşünürəm ki, bu buraxılış da oxucuların marağını özünə çəkə biləcəkdir.

Əbülfət MƏDƏTOĞLU

 





23.11.2013    çap et  çap et