525.Az

Ömrün Naxçıvan aşırımları


 

Ömrün Naxçıvan aşırımları<b style="color:red"></b>

HEYDƏR ƏLİYEV. ŞƏXSİYYƏT ZAMANÇOXCİLDLİK ROMAN-TƏDQİQATIN 5- CİLDİ ÇAPDAN ÇIXIB 

Heydər Əliyev: Şəxsiyyət Zamançoxcildlik roman-tədqiqatı yazıçı-publisist Elmira Axundovanın yaradıcılığının zirvəsidirifadəsi hesab edirəm ki, yerinə düşərdi. Bu çoxcildlik əsərdə Heydər Əliyev şəxsiyyətinin bir çox sirli məqamları öz əksini tapıb, geniş ictimaiyyətə məlum olmayan yönləri ilk dəfə olaraq bu əsərdə dəqiqliklə, faktlara canlı şahidlərin xatirələrinə əsaslanmaqla əks olunub.

Qeyd edim ki, son 5 6- cildlər artıq rus dilində çapdan çıxıb. Bu yaxınlarda isə 5-ci cild Azərbaycan dilində işıq üzü görüb. Noyabrın 20- Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində adı çəkilən 5-ci cildin təqdimatı olub.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, sonra AzTV-nin istehsalı olanElmirasənədli filminə tamaşa ediblər.

Bu cild Heydər Əliyevin Naxçıvan dövrünü, mən deyərdim ki, onun həyatının ən çətin məsuliyyətli bir hissəsini əhatə etməkdədir. Tam əminəm ki, bu cilddə qeyd olunan bir çox hadisələr Heydər Əliyevin silahdaşları hətta yaxınları, bəlkə ailə üzvləri üçün yenidir.

Kitabda insanı daha çox təsirləndirən hal odur ki, bu cür dahi bir şəxsiyyətə qarşı təkcə sovet rəhbərliyi deyil, hətta zamanında H.Əliyevin yaxşılıq edib vəzifəyə irəli çəkdiyi, orden medallarla təltif etdiyi, cəzalandırılmaqdan xilas etdiyi, özünə yaxın bildiyi insanlar da arxa çevirmişdilər. Hətta onun doğma yurdu Naxçıvana geri dönməsinə hər vəchlə mane olmağa səy göstərir, bunu belə ona çox görürdülər.Həmin ağır günlərdə vətəni, xalqı bu bəladan xilas etmək üçün Heydər Əliyevin geniş dövlətçilik, idarəçilik təcrübəsindən istifadə etmək, onunla birləşmək ona dəstək vermək əvəzinə, öz siyasi ambisiyaları, şəxsi mənafeləri naminə milli maraqları tapdalayan insanları da bu 5-ci cilddə görmək mümkündür.

Heydər Əliyevin hansı yolla Bakıya gəlməsi, ona qarşı hava limanına göndərilmiş kütlənin iyrənc hərəkətləri, dostları tərəfindən çox çətinliklə Naxçıvana yola salınması, ağır şəraitdə Naxçıvanda yaşaması, hətta orda da sakit yaşamasına Azərbaycan rəhbərliyi tərəfindən imkan verilməməsi haqqında yaxınlarının, dostlarının, silahdaşlarının xatirələri əvəzolunmaz tarixi faktlardır. Nəzərə alsaq ki, artıq xatirələri danışan insanların bəziləri həyatda yoxdur, onda bu əsərin qiymətini anlamaq çətin olmazdı.

Mən deyərdim ki, Heydər Əliyevin Naxçıvan dövrü bəlkə ən az araşdırılmış tarixdir. Bu baxımdan 5-ci cild əliyevşünaslıq üçün Elmira Axundovanın böyük bir töhfəsidir.

5-ci cildi oxuyanda bir daha əmin olursan ki, sadə xalq, sıravi vətəndaşlar, onu sevənlər Heydər Əliyevi vəzifəsinə görə yox, onun mənliyinin, şəxsiyyətinin ucalığına, mərdliyinə, vicdanlı olmasına görə sevir, dəyər verirdilər. Diqqətimi çəkən bir məqam da ondan ibarət oldu ki, xırda detallarda cüzi fərqləri nəzərə almasaq, eyni hadisə bir neçə şahidin dilindən səslənir. Bütün bunlar da qeyd olunan hadisələrin həqiqiliyini, tarixi fakt olduğunu təsdiqləyir.

Kitabda əks olunduğu kimi Heydər Əliyev Naxçıvanda deputat olduğu dövrdə ilk dəfə olaraq üç rəngli bayrağı dövlət bayrağı, 20 Yanvarı milli matəm günü elan etdi. O,sovet ittifaqında baş verən hadisələri düzgün qiymətləndirir, kommunizmin sonunun çatdığını qeyd edirdi. Məsələn, o, XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin I sessiyasında çıxışı zamanı sovetlər ittifaqının dağılacağı barədə uzaqgörənliklə proqnoz vermişdi. Bəlkə Heydər Əliyev bunu 90- ildə yox, ondan çox-çox əvvəl hiss etmişdi. Bununla bağlı kitabda olan bir maraqlı məqamı qeyd etmək istərdim. Belə ki, hələ sovet dövründə Murtuz Ələsgərovun qanunlara təklif etdiyi bu ya digər düzəlişlər respublikanın suverenliyinin güclənməsinə, mərkəzdən asılılığın azalmasına yönəlirdi. Həmin vaxtlar Heydər Əliyev hələ DTK sədri idi. Heydər Əliyev bu təkliflərin mahiyyətini başa düşdüyü halda Murtuz Ələsgərovu cəzalandırmayıb. “O vaxt DTK-nın sədri idim sizi cəzalandıra bilərdim, lakin fikirləriniz xoşuma gəlirdideyə Heydər Əliyev Murtuz Ələsgərova daha sonralar bildirmişdi. (“Heydər Əliyev. Şəxsiyyət zaman”, 5-ci cild, az.dili, Bakı, 2013. səh.163). Göründüyü kimi Heydər Əliyev milli ruhda olan bu cür davranışlara göz yumurdu, çünki o, əsl vətənpərvər idi, millət-xalq anlayışı onun üçün hər şeydən, şəxsi mənafedən, vəzifədən öndə dururdu.

Hal-hazırda da bəzi insanlar düşünür ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi. Amma məncə onu ikinci dəfə hakimiyyətə zorla, məcburi şəkildə gətirdilər, özü bunu xalq etdi. Onun Naxçıvana, daha sonra bütöv Azərbaycana rəhbərlik etməsi xalqın istəyi, dövrün tələbi idi. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bağlı xalqın istəyini, bununla əlaqədar əhalinin keçirdiyi çox minlik mitinqləri kitabda açıq-aşkar görmək mümkündür.

5-ci cilddə Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti ilə bağlı çox maraqlı faktlar ilk dəfə bu qədər təfərrüatı ilə öz əksini tapıb. Onun Naxçıvanda rəhbərliyə başlaması ilə Naxçıvanda müqavimət hərəkatı gücləndi, xalqda sabaha inam yarandı, Türkiyə ilə sərhəddə Ümid körpüsünün açılışı oldu, vizasız gediş-gəliş, sərhədyanı ticarət təşkil edildi, İranla dostluq münasibətləri qurmaq sayəsində Naxçıvanın ərzaq təminatı xeyli yaxşılaşdırıldı, muxtar Respublika informasiya blokadasından çıxdı Naxçıvanla bağlı reallıqlar, Ermənistanın bu torpaqlara təcavüzü barədə həqiqət dünya ictimaiyyətinin diqqətinə çatdırıldı, baş verən bir çox təxribatın qarşısı məharətlə alındı, Naxçıvanda nizami ordu quruculuğu başladı, ilk hərbi parad keçirildi s. Bütün bunlar Heydər Əliyevin qısa vaxtda əldə etdiyi böyük uğurlar idi. Məhz bunların sayəsində bu gün Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkib hissəsi olaraq qalmaqdadır.

Heydər Əliyev həqiqətən özündə çox sirlər saxlayan böyük bir dünya, hər zaman əlçatmaz bir zirvə olaraq qalacaq.

Təhmin Əsgərov

 





23.11.2013    çap et  çap et