525.Az

Angela Merkel: irqçilik cəmiyyət üçün olduqca zərərlidir


 

Angela Merkel: irqçilik cəmiyyət üçün olduqca zərərlidir<b style="color:red"></b>

Almaniya Kansleri Angela Merkel Hanau şəhərində baş vermiş qanlı terror aktını pisləyib.

AZƏRTAC alman KİV-lərinə istinadla xəbər verir ki, Angela Merkel terror hadisəsinin sağ ekstremizm və irqçilik xarakteri daşıdığını bildirib. Açıqlamasında rasizmin, nifrətin cəmiyyət və insanlar üçün olduqca zərərli olduğunu vurğulayan Kansler deyib: “Bu gün kədərli bir gündür. İnsanların vəhşicəsinə öldürülməsi ilə nəticələnən zorakılıq məni dərindən kədərləndirir”.

Xatırladaq ki, fevralın 20-nə keçən gecə törədilmiş terror hadisəsi nəticəsində aralarında türklərin də olduğu 9 nəfər həyatını itirib. Hücumda şübhəli bilinən Tobias R. və anası evlərində ölmüş halda tapılıb.

 





20.02.2020    çap et  çap et