525.Az

MSK daha bir seçki məntəqəsində nəticələri etibarsız sayıb


 

MSK daha bir seçki məntəqəsində nəticələri etibarsız sayıb<b style="color:red"></b>

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 8 saylı Binəqədi Birinci Seçki Dairəsindən qeydə alınan namizəd Ağasif İbrahimovun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə MSK üzvü Validə Kazımova məlumat verib.

V. Kazımova bildirib ki, iddiaçı həmin dairədə səsvermənin nəticələrinin ləğv edilməsini xahiş edib: “Araşdırma zamanı 24 saylı seçki məntəqəsində qanun pozuntuları aşkarlanıb. Təklif edirəm həmin məntəqədə səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK şikayəti müzakirəyə çıxarıb və 24 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edilib.

Şikayət qismən təmin edilib.

 





20.02.2020    çap et  çap et